45 yaşlı qadın mübahisə zamanı 40 yaşlı partnyorunu bıçaqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-dəki mənbə məlumat yayıb.
"Hadisə oktyabrın 26-da axşam saatlarında Sankt-Peterburqda Uşinski küçəsində baş verib. 45 yaşlı qadın mübahisə zamanı şərikini bıçaqlayıb", – mənbə bildirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.
Daha əvvəl bildirilmişdi ki, Moskva vilayətinin Zaprudnya fəhlə kəndində oktyabrın 19-da bir nəfər onun yüksək səsli musiqisini bəyənməyən qonşusunu öldürüb.
E.ŞİRİNOV