Gürcüstan prezidenti Salome Zurabişvili yeni parlamenti təyin etməsə, seçkilərdən sonra onun ilk iclasının keçirilməsinə mane ola bilməyəcək.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“İlk iclas üçün 10 günlük müddət müəyyən edilib, 10-cu gün parlament öz iclasını keçirəcək və Gürcüstan Konstitusiyasını kobud şəkildə pozsa belə, prezidentin təxribat üçün heç bir resursu yoxdur”, - Kobaxidze qanunun tələb etdiyi kimi, prezident yeni parlamentin iclasını təyin etməsə nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.
Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Bu, seçki məntəqələrinin 74 faizində quraşdırılmış və seçicilərin təxminən 90 faizini əhatə edən elektron seçki qutularından istifadə etməklə ölkədə ilk seçki idi. Məntəqələrin 99,64%-nin əl ilə hesablanmasına əsasən, “Gürcü arzusu” 54,08%, “Dəyişiklik Koalisiyası” 10,92%, “Birlik – Milli Hərəkat” partiyası 10,12%, “Güclü Gürcüstan” 8,78%, “Gürcüstan Naminə Qaxariya” partiyası 7,76%. səs toplayıb. Seçkilərdə 58,84 faiz iştirak edib.
Gürcüstan prezidenti Salome Zurabişvili hazırkı hakimiyyətə qarşı çıxır və seçkilərdən əvvəl müxalifəti dəstəkləyib. O, müxalifətin tam qələbəsi halında onlara koalisiya hökuməti yaratmağa imkan verəcək islahat planını özündə əks etdirən Gürcüstan Xartiyası adlanan sənədi hazırlayıb.
E.ŞİRİNOV