Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın şiə “Hizbullah” hərəkatının 70-ə yaxın döyüşçünü öldürüb, həmçinin onların Dahiya bölgəsindəki infrastrukturunu vurub.

Tezadlar.az bildirir ki, bu barədə İsrail silahlı qüvvələrinin Telegram səhifəsində məlumat verilib.

“İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında “Hizbullah” terrorçularının əsas qalası olan Dahiya bölgəsində “Hizbullah” terror təşkilatına məxsus silah anbarı ilə yanaşı, silah istehsalı və texniki xidmət obyektlərinə də kəşfiyyat məlumatları əsasında dəqiq zərbələr endirib”, - bəyanatda qeyd olunub.

Bundan əlavə, Cəbəliyyə bölgəsində İsrail əsgərlərinin 40-a yaxın “Hizbullah” döyüşçüsünü vurduğu, həmçinin “külli miqdarda texnikanı” məhv etdiyi dəqiqləşdirilir.

Bundan əvvəl “Hizbullah” baş katibinin müavini Şeyx Naim Kassem İsrailə hücumların dayandırılması üçün şərt qoymuşdu. O, İsrail Müdafiə Qüvvələrinin atəşkəsdən sonra hərəkatın yəhudi dövlətinə hücumunu dayandıracağını bildirib. Əks halda, Kassemin sözlərinə görə, “Hizbullah” ölkə daxilində hücumların miqyasını artırmağa davam edəcək.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN