Serbiya 1999-cu ildə NATO tərəfindən həyata keçirilən bombardmana görə heç vaxt Şimali Atlantika Alyansına qoşulmayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə nəzarət edən respublikanın hökumət naziri Nenad Popoviç bildirib.

Onun sözlərinə görə, blokun aviasiyasının hərəkətləri nəticəsində ölkənin paytaxtı tamamilə dağıdılıb.

“Bundan sonra sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq”, - deyə Popoviç vurğulayıb.

Nazir xatırladıb ki, Belqrad müstəqil və azad siyasət yürüdür. Onun sözlərinə görə, ölkə təkcə Avropa ilə deyil, həm də BRİKS ölkələri, o cümlədən Rusiya və Çinlə əlaqələri inkişaf etdirməyə davam edəcək.

Xatırladaq ki, blokun BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan həyata keçirilən “Müttəfiq Qüvvələr” adlı hərbi əməliyyatı 1999-cu ilin mart-iyun ayları arasında Yuqoslaviyaya qarşı həyata keçirilib. 78 gün ərzində NATO təyyarələri hər gün Serbiya şəhərlərini bombalayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN