Söhbət 2025-ci il üçün yeni büdcə layihəsindən gedir
İran hökuməti yeni büdcə layihəsində İran təqvimi ilə gələn 1404-cü il (Miladi təqvimlə 2025-ci il martın 20-də başlayır) hərbi xərcləri 200% artırmağı planlaşdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimeh Mohacerani bildirib.
“Ölkənin bütün xərclərini əhatə etməli olan büdcə layihəsində ölkənin müdafiə ehtiyaclarının ödənilməsinə də diqqət yetirilib. Bu baxımdan, biz hərbi büdcənin əhəmiyyətli dərəcədə - 200% artımının şahidi olduq”, - Mohacerani mətbuat konfransında bildirib. Canlı yayım IRIB telekanalı həyata keçirib.
E.ŞİRİNOV