“İraq İslam Müqaviməti”nə mənsub şiə silahlı qruplaşmaları pilotsuz uçuş aparatı (PUA) ilə İsraildəki “mühüm hədəf”ə hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə radikal təşkilatın Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İraq İslam Müqaviməti”nin döyüşçüləri bu gün, 30 oktyabr 2024-cü il, çərşənbə günü, işğal olunmuş Fələstin ərazilərinin şimalında mühüm hədəfə hücum etmək üçün PUA-dan istifadə ediblər”, - mətndə qeyd edilir.
“İslam müqaviməti düşmən qalalarının məhv edilməsi əməliyyatlarının artan templə davam edəcəyini təsdiqləyir”, - üsyançılar bildirib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS hərəkatı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə sızmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi ilə müşayiət olunan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İraqdakı şiə birləşmələri fəallığını artırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra sektorda quru əməliyyatına başlayıb.
E.ŞİRİNOV