Krasnoyarskın Jeleznoqorsk şəhərində bir kişi dostunun nənəsini döyərək öldürüb.
Tezadlar.az xəbər verir ki, İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, oktyabrın 29-da 25 yaşlı bir kişi kilidi açıq mənzilə daxil olub, daha sonra orada qətl törədib.
Qətl hadisəsi zamanı 84 yaşlı təqaüdçü evdə tək olub. Onunla çağırılmamış qonaq arasında münaqişə yaranıb və bu zaman kişi yaşlı qadını döyməyə başlayıb.
“Münaqişə zamanı şübhəli şəxs zərərçəkənin başından və döş qəfəsindən çoxsaylı yumruq və təpiklər vurub, qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb”, - İstintaq Komitəsindən bildirilib.
Təqsirləndirilən şəxs hazırda həbsdədir. Qətllə bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) cinayət işi başlanıb.
E.ŞİRİNOV