Kursk vilayətinin Jeleznoqorsk şəhərində vurulan pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb, quru ot və inzibati binalardan birinin dam örtüyü yanıb. Yanğınlar söndürülüb.
Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru Aleksey Smirnov Telegram kanalında məlumat verib.
“Gecə bizim hava hücumundan müdafiə qüvvələrimiz Ukraynaya məxsus beş PUA-nı vurub, dağıntıların bir hissəsi Jeleznoqorskda quru otda və inzibati binalardan birinin damında qeydə alınıb”, - o yazıb.
Qubernatorun sözlərinə görə, yanğın tez bir zamanda söndürülüb. “PUA-nın tullantıları tapsanız, ona toxunmayın və ya yaxınlaşmayın, bu, çox təhlükəlidir, 112-yə zəng edərək tapdığınız barədə məlumat verə bilərsiniz”, - deyə rayon rəhbəri əlavə edib.
E.ŞİRİNOV