Rusiya İstintaq Komitəsi Kamçatkada qızın keçmiş sevgilisi tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı məlumatları yoxlamağa başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“İstintaq ibtidai yoxlamanın nəticələrinə və hadisənin bütün hallarının aydınlaşdırılmasına əsasən, istintaq orqanı cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edəcək”, – deyə Rusiya İstintaq Komitəsinin Kamçatka ərazisi üzrə rəhbərinin böyük köməkçisi, ədliyyə mayoru Daria Urbanova bildirib.

Bundan əvvəl zərərçəkmişin özü polisə ifadə verib. Hadisədən sonra o, xəstəxanaya getməli olub, həkimlər ona burnunun qırılması və 100-dən çox əzilmiş xəsarət diaqnozu qoyublar.

Qızı döyən gənc artıq hadisədən sonra onunla əlaqə saxlayıb, ancaq üzr istəmək üçün deyil, işin ictimailəşməsindən narazılığını ifadə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN