Dnepropetrovskda sənaye müəssisəsinə ziyan vuran partlayışlar baş verib.
Tezadlar.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayətinin Kiyev tərəfindən təyin edilmiş hərbi administrasiyasının rəhbəri Sergey Lısak öz Telegram kanalında məlumat verib.
“Hazırda Dnepropetrovskda bir sənaye müəssisəsinin zədələndiyi məlumdur, həmçinin şəhərdə iki yanğın baş verib”, - deyə rəsmi bildirib.
Müəssisənin adı göstərilmir. Bundan başqa, noyabrın 21-nə keçən gecə Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində bir neçə infrastruktur obyektinə ziyan dəyib. Kiyev tərəfindən təyin edilmiş Zaporojye vilayəti dövlət administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, regionda azı 288 partlayış səsi eşidilib, bundan sonra hakimiyyət infrastrukturun dağılması barədə məlumat alıb. Eyni zamanda o, hansı obyektlərdən danışdığını dəqiqləşdirməyib.
Noyabrın 18-də Zaporojye vilayətində də silsilə partlayışlar baş verib və nəticədə 15,6 mindən çox abonent işıqsız qalıb.
E.ŞİRİNOV