NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi demək olacaq.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində peyda olması alyansın ölkəmizə qarşı müharibəyə girməsi demək olacaq, biz bu barədə onlara artıq bir neçə dəfə demişik, çünki bu təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, - diplomat Estoniyanın xarici işlər naziri Marqus Tsahknın Rusiya ilə sülh sazişini guya “möhkəmləndirmək” üçün Ukraynaya Avropa ölkələrinin hərbi qüvvələrinin göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
E.ŞİRİNOV