Roma Statusuna əsasən Beynəlxalq Cinayət Məhkəməsini tanıyan dövlətlər onun qərarlarına əməl etməyə borcludurlar. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Ceremi Lourens İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə dair BCM-nin orderini belə şərh edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O qeyd edib ki, BMT “Yurisdiksiyasına aid olduğu bütün hallarda və məsələlərdə Roma Statutuna uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinin müstəqilliyinə və səlahiyyətinə hörmət edir”.
“Biz onun ən ağır beynəlxalq cinayətlərə ədalət gətirmək üçün fəaliyyətini tam dəstəkləyirik. Roma Statusunun iştirakçısı olan dövlətlərdən BCM-nin qərarlarına hörmət etmələri və həyata keçirmələri tələb olunur”, - Lourens əlavə edib.
Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək həbsə order verib. Avropa diplomatiyasının rəhbəri Josep Borrell bunu şərh edərək, təşəbbüsü siyasi xarakterli deyil, haqlı adlandırıb.
E.ŞİRİNOV