Ukrayna qoşunlarının nəzarətində olan Xerson şəhəri və onun ətraf rayonlarında elektrik enerjisi yoxdur.
Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkəti məlumat yayıb.
“Səhər saatlarında Xerson, Xerson vilayəti və Nikolayev vilayətinin bir hissəsi işıqsız qalıb”, - şirkətin Telegram kanalında deyilir.
Onlar əlavə ediblər ki, günün sonuna qədər bu rayonlardakı abonentləri enerji ilə təmin etməyi gözləyirlər.
Bir gün əvvəl Ukrayna hakimiyyət orqanları tərəfindən təyin edilmiş Xerson administrasiyasının rəhbəri Roman Mroçko xəbərdarlıq etmişdi ki, şəhərdə bir neçə gün elektrik enerjisi olmayacaq. Su təchizatı qrafikə uyğun həyata keçirilir.
Noyabrın 28-də səhər saatlarında Ukraynanın müxtəlif şəhərlərində partlayışlar baş verib. Enerji obyektlərinə ziyan dəydiyi üçün elektrik enerjisinin verilişində fövqəladə fasilələr yaranıb.
E.ŞİRİNOV