Gözlənildiyi kimi, Prezident Salome Zurabişvili Orbeliani sarayında müxtəlif siyasi partiyaların liderləri ilə görüş keçirib.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən “Dəyişiklik Koalisiyası”nın liderlərindən olan Elene Xoştariya bildirib ki, görüşün əsas mövzusu siyasi vəziyyət və seçkilərin nəticələrinin tanınmaması olub. Onun sözlərinə görə, prezidentlə görüşdə müqavimət hərəkatını da müzakirə ediblər.
Prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra gələcək planlarına gəlincə, Elene Xoştariya bildirir ki, Salome Zurabişvilinin özü lazım bildiyi zaman bu barədə açıqlama verəcək.
Xatırladırıq ki, Gürcüstan prezidenti ilə baş nazir komandası arasında Rusiya və Qərb yönümlülük səbəbindən ciddi qarşıdurma var və bu hələ də davam edir.
A.Məmmədli