Ukraynalı jurnalist və teleaparıcı Diana Pançenko Gürcüstan prezidenti Salome Zurabişvilini istefa verməkdən imtina etdiyinə görə Ukrayna lideri Vladimir Zelenski ilə müqayisə edib.

Tezadlar.az xəbər verir ki, o, öz şərhini X platformasında dərc edib.

“Bəs indi Zelenski kimi prezidentin səlahiyyətlərini artıracaqsınız? Hamısı demokratiyanı qorumaq naminə?”, – ukraynalı jurnalist Zurabişviliyə müraciət edib.

Noyabrın 30-da Gürcüstan prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq, istefa verməkdən imtina edib, çünki onun fikrincə, parlament qeyri-legitimdir.

Bu bəyanat, iştirakçıları Gürcüstanın hakim partiyasının respublikanın Avropa İttifaqına inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına qarşı çıxan ölkəni bürüyən etirazlar fonunda verilib.

Bundan əvvəl xüsusi təyinatlıların Tbilisidə parlament binası yaxınlığında etirazçıları dağıtmağa başladığı, təhlükəsizlik qüvvələrinin su şırnaqlarından istifadə etdiyi bildirilirdi. Bundan əvvəl, noyabrın 28-də Zurabişvili etirazlara qoşulmuşdu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN