Gürcüstan müxalifəti etiraz aksiyalarında gəncləri qurban verir, kənardan “bosların” tapşırığını yerinə yetirir.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze bildirib.

“Müxalifət siyasətçilərinin məsuliyyəti çox böyükdür - onlar, əlbəttə ki, özlərini nəyə cəlb etdiklərini başa düşürlər. Amma müdirin tapşırığı rəisin tapşırığıdır və onların imtina etməsi sadəcə mümkün deyil, agentin aqibəti belədir... Ən acınacaqlısı odur ki, insanları, o cümlədən gəncləri qurban verirlər”, - o, hökumətin iclasında deyib.

Dekabrın 2-nə olan məlumata görə, Gürcüstanda etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb. Ölkə polisinin məlumatına görə, 98 nəfərə qarşı qaldırılan işlərin materialları artıq məhkəməyə təqdim edilib.

Respublika Daxili İşlər Nazirliyi qeyd edib ki, aksiyalar zamanı 113 polis əməkdaşı yaralanıb. Onlardan dördü tibb müəssisələrindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN