Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriyaya heç bir ərazi iddiası yoxdur və qonşu ölkədə tezliklə sülhün tərəfdarıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

“Qonşumuz Suriyaya 13 ildir can atdığı sülh və əmin-amanlığı tapmasını arzu edirik”, - Ərdoğan bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) cənub-şərqində Qaziantep şəhərində keçirilən regional qurultayında deyib.

O, həmçinin qeyd edib ki, Türkiyənin yeni siyasi və diplomatik reallığı yaşayan Suriyaya qarşı ərazi iddiası yoxdur. O, Suriyanın bütün etnik, məzhəb və dini xüsusuyyətlərin suriyalılara məxsus olduğunu bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya hökuməti ilə müxalifət arasında dialoqun başlanmasına çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin başçısı göstərib ki, terrorçuların Suriyada torpaqları ələ keçirməsinə, eləcə də onlardan hər hansı bir ölkənin məqsədləri üçün istifadəsinə icazə verilməsi yolverilməzdir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN