Gürcüstan parlamenti mitinqlərdə üzləri maskalar və ya müxtəlif geyim əşyaları ilə örtməyi qadağan edən qanun qəbul edəcək.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Biz toplantı iştirakçılarının, o cümlədən əks-mitinqlərin müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik. Bu, toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək çox mühüm qanundur”, - o, brifinqdə bildirib.
E.ŞİRİNOV