Suriyanın İstanbuldakı konsulluğu ölkənin rəsmi orqanlarının bayrağını götürüb və yaraqlıların “Azad Suriya” bayrağı adlandırdıqları simvolu asıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
O cümlədən, konsulluğun eyvanına toplaşan izdihamın çoxsaylı alqışlar sədaları altında ölkə bayrağının götürüldüyü məlum olub. Daha sonra nümayişçilər kütləyə yaraqlıların bayrağını göstəriblər ki, bu, rəsmi ilə demək olar ki, eynidir, lakin yuxarı zolaq qırmızı deyil, yaşıl rəngə boyanmışdır.
Bundan əvvəl Suriya prezidenti Bəşər Əsədin ölkəni naməlum istiqamətdə tərk etdiyi məlum olub. Adı açıqlanmayan Suriya ordusunun yüksək rütbəli zabitləri onun təyyarəyə minərək Dəməşqi tərk etdiyini bildiriblər. Onun Moskvaya gedəcəyi ehtimal edilir.
E.ŞİRİNOV