Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya prezidenti Bəşər Əsədin ölkə xaricində ola biləcəyini deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı bildirib.

Bir gün əvvəl Rusiya Strateji Araşdırmalar İnstitutunun direktorunun müşaviri Vladimir Fitin Suriya prezidenti Bəşər Əsədin BƏƏ-yə uça biləcəyini qeyd edib.

“Mən bu məsələ ilə bağlı heç nə şərh edə bilmərəm, ola bilsin ki, o, Suriyadan kənardadır”, - deyə Fidan bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son bir neçə ay ərzində Əsədlə əlaqə saxlamağa çalışır.

Bundan əvvəl Suriya rəhbərinin Suriya üsyançı qüvvələrinin Dəməşqə daxil olması fonunda yük təyyarəsi ilə paytaxtı tərk etdiyi bildirilirdi. Ailəsi də öz növbəsində əvvəlcədən Rusiyaya gedib.

E.ŞİRİNOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN