ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl xarici liderlərlə, o cümlədən Ukraynadakı münaqişə ilə bağlı rəsmi danışıqlar apara bilməz.
Tezadlar.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bu açıqlamanı Floridadakı Mar-a-Laqo malikanəsində Trampla görüşdən sonra etməli olub.
Bazar ertəsi Orban onu ziyarət edib və ertəsi gün jurnalistlər Macarıstan hökumətinin başçısından danışıqlarının necə getdiyini soruşublar.
“Bunlar danışıqlar deyildi, çünki Tramp hələ prezident vəzifəsinə başlamamışdır, o, vəzifəyə gələndə danışıqlar olacaq, lakin hələlik bu, sadəcə söhbətdir”, - deyə baş nazir cavab verib.
O, öz Facebook səhifəsində mətbuatla qısa söhbətinin videosunu yerləşdirib.
Orban izah edib ki, Amerika qanunlarına görə, seçilmiş prezidentin yanvarın 20-də andiçmə mərasiminə qədər Birləşmiş Ştatların adından heç bir danışıqlar aparmasına icazə verilmir.
“O, hələ ki, ABŞ-da çox sərt hüquqi qaydalara görə Ukraynada atəşkəslə bağlı danışıqlar aparmaq iqtidarında deyil, amma düşünürəm ki, o, yanvarın 20-də vəzifəsinin icrasına başlayanda müsbət təsir göstərəcək”, - deyə baş nazir əlavə edib.
E.ŞİRİNOV