Kursk vilayətinə hücumu başlayandan bəri Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 500-ə yaxın əsgərini əsir götürüb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Avqustun 6-dan bəri ümumilikdə 500-ə yaxın Ukrayna Silahlı Qüvvələri yaraqlısı əsir götürülüb”, - o deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 39 660-dan çox hərbi qulluqçusunu itirib.

Bundan əvvəl Rusiya hərbçilərinin Ukrayna döyüşçülərini Kursk vilayətinin Plexovo kəndindən çıxardığı və yerli istirahət mərkəzinin üzərində bayraq qaldırdığı bildirilirdi. Novoivanovkada Ukrayna Silahlı Qüvvələrinin müdafiə mərkəzini də məhv etmək mümkün olub. Eyni zamanda, Ukrayna 1200 nəfərdən çox itki verib. Bu məlumatı Rusiya hərbi zabitləri yayıb.

Kursk vilayətində iki yaşayış məntəqəsinin azad edilməsinin rəsmi təsdiqi yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN