Səkkiz ərəb ölkəsinin (Bəhreyn, Misir, İordaniya, İraq, Qətər, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı) xarici işlər nazirləri İsraildən Qolan təpələrinin Suriya hissəsində, eləcə də Dəməşq və Quneytra əyalətlərində yerləşən obyektlərdən qoşunlarını çıxarmağı tələb ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə İordaniyanın Əqabə şəhərində nazirlərin görüşündən sonra qəbul edilmiş bəyanatda deyilir.

“Biz İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonasına, eləcə də Hermon dağında, Quneytra və Dəməşq əyalətlərindəki bir sıra ərazilərə nüfuz etməsini pisləyir və vəhşi işğalı rədd edirik. Bu, beynəlxalq hüququ və Suriya ilə İsrail arasında 1974-cü ildə bağlanmış qüvvələrin ayrılması haqqında sazişi pozur və İsrail qoşunlarının çıxarılmasını tələb edir”, - mətni İordaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi bəyanatda qeyd olunub.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN