Dekabrın 11-də Füzuli rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi İsmət Rəhimov, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları Ülkər Bayramlı, İlahə Süleymanova, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, məişət zorakılığı halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN