İsveçrədə Ukrayna münaqişəsi ilə bağlı yeni sammitə hazırlıq davam edir.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İqnasio Kassis bildirib.

“Moskva, Vaşinqton, həmçinin G7 və Aİ ölkələri ilə intensiv iş davam edir”, - "Le Temps" qəzeti nazirdən  sitat gətirib.

Onun sözlərinə görə, İsveçrə ABŞ və ölkənin seçilmiş prezidenti Donald Trampın administrasiyasının siqnallarına görə Ukrayna münaqişəsinin həlli ilə bağlı “ehtiyatlı optimist” olaraq qalır.

Bundan əvvəl, dekabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq demişdi ki, Ukrayna münaqişəsi Amerikanın yeni administrasiyasının iştirakı ilə yaxın aylarda bitə bilər.

Dekabrın 5-də “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Ukrayna münaqişənin həlli ilə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Noyabrın 30-da İsveçrə parlamenti Ukrayna üzrə iyunda İsveçrədə keçirilən sammitə Rusiyanın dəvət edilməməsinin böyük diplomatik səhv olduğu fikrini bildirib.

Xatırladaq ki, Ukrayna ilə bağlı ilk konfrans iyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok şəhərində baş tutub. Rusiya sammitə dəvət edilməyib.

İsveçrə prezidenti Viola Amherdin oxuduğu sammitin yekun qətnaməsində deyilir ki, uzunmüddətli həll hər iki tərəfi əhatə etməlidir. Beləliklə, ölkələrin liderləri vəziyyətin həlli üçün Rusiya ilə dialoqun zəruri olduğunu etiraf ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN