Dekabrın 17-də Krasnodar diyarının Yelizavetinskaya kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 3 qadın ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın 100 kv.m sahədə olan fərdi yaşayış evini əhatə edib. Yanğının söndürülməsi zamanı 19, 21 və 56 yaşlı qadınların meyitləri aşkar edilib.

Bundan başqa, bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi hələ müəyyən edilməyib. Fövqəladə hallar xidmətinin nümayəndələri hadisə yerində işlərini davam etdirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN