Monteneqro hakimiyyəti Çetinye şəhərində baş verən kütləvi atışmadan sonra ölkədə silah sahibliyinə tam qadağanın tətbiqi imkanını müzakirə edəcək.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Miloyko Spayiç deyib.

"Hamımızı sarsıdan dəhşətli faciə. Bütün mövcud bölmələr Çetinyedədir və günahkarı axtarır. Ümid edirəm ki, həkimlər vəziyyəti ağır olan yaralıların həyatını xilas edəcəklər", - o deyib.

Baş nazirin sözlərinə görə, yaxın vaxtlarda Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək, orada silah sahibliyinə tam qadağa məsələsi müzakirə olunacaq və digər həll variantları nəzərdən keçiriləcək.

Qeyd edək ki, atışma yerli sakin Ako Martinoviç tərəfindən qohumu ilə mübahisədən sonra həyata keçirilib. O, evə gedib, silah alıb, sonra qayıdıb insanları güllələyib.

Həmin şəxs aqressiv davranışı ilə tanınır, o, əvvəllər qanunsuz silah saxladığına görə saxlanılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN