Monteneqronun Çetinye şəhərində bir nəfər kafedə atəş açaraq 7 nəfəri öldürüb və yaralayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Monteneqronun Radio və Televiziyası (MRT) məlumat yayıb.
Qeyd olunur ki, hadisə günorta saatlarında Bajice ərazisində baş verib. Hücum edənin yerli sakin Ako Martinoviç olduğu müəyyən edilib. Cinayətkar bir neçə nəfəri güllələyib və odlu silahla qaçıb.
Polisin məlumatına görə, "o cümlədən onun qohumları da daxil olmaqla" ən azı dörd nəfər həlak olub. Yerli media ikisi uşaq olmaqla yeddi nəfərin öldüyünü bildirib.
MTR aydınlaşdırıb ki, qatillə zərərçəkənlərdən biri arasında mübahisə olub.
"Martinoviç silah almaq üçün evə gedib, kafeyə qayıdıb və bir neçə nəfəri öldürüb və yaralayıb. Bundan sonra daha da Xumtsi ərazisinə gedərək, kafe sahibinin uşaqlarını və bir qadını öldürüb", - kanalın məlumatında deyilir.
Məlum olub ki, cinayətkar “aqressiv davranışı ilə tanınıb” o, əvvəllər qanunsuz silah saxladığına görə saxlanılıb.
2022-ci ilin avqustunda eyni şəhərdə daha bir səs-küylü qətl hadisəsi baş verdi. Daha sonra Monteneqronun Çetinye şəhərində 34 yaşlı kişi atışma törədib, 7 nəfəri öldürüb.
E.ŞİRİNOV