Rusiya Səhiyyə Nazirliyinin Rusiya Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası təsdiqləyib ki, Krasnoyarsk diyarının Krasnaya Sopka kəndindən olan 4 uşağın ölümü insektisiddən (həşəratlara qarşı istifadə olunan dərman – RED.) kəskin zəhərlənmə nəticəsində baş verib.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi məlumat verib.
“Nazarovski rayonunda uşaqların ölümü ilə bağlı cinayət işinin istintaqı çərçivəsində Rusiya Səhiyyə Nazirliyinin Rusiya Məhkəmə Tibbi Ekspertiza Mərkəzi Federal Dövlət Büdcə Müəssisəsi tərəfindən aparılan məhkəmə-kimyəvi ekspertizasının nəticələri açıqlanıb. Mütəxəssislərin rəyinə əsasən, 4 uşağın ölümü sistemli dağıdıcı zəhərlə (insektisidlər) kəskin zəhərlənmə nəticəsində baş verib”, - idarədən bildirilib.
E.ŞİRİNOV