Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri fevralın 7-dək davam edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaqlar”, - məlumatda deyilir.
Hökumət başçısı Vaşinqtonda beşinci illik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək, həmçinin səhər yeməyində iştirak edəcək.
Bundan əlavə, Ermənistanın baş nazirinin bir sıra başqa görüşlərinin də planlaşdırıldığı qeyd edilir.
Bundan əvvəl məlum olub ki, Paşinyan ABŞ-a səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırmayıb. Baş nazirin sözlərinə görə, Amerika lideri ilə görüş onun qrafikində olmayıb, lakin Vaşinqtona səfər hələ də çox vacibdir.
E.ŞİRİNOV