Gürcüstandakı xarici səfirlər özlərini siyasi təlimatçılar kimi aparırlar ki, bu da Sov.İKP MK-nın Moskva katiblərinin davranışını xatırladır, - deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Tezadlar.az bildirir ki, bu barədə Tbilisidəki “Vzqlyad” qəzetinin müxbiri xəbər verir.
“Ölkədəki xarici səfirlər yerli cəmiyyətlə körpü qurmaq əvəzinə, siyasət təlimatçısı kimi çıxış edirlər”, - o deyib.
Onun sözlərinə görə, “bu ona gətirib çıxarıb ki, səfirlərin vəzifəsi Gürcüstan hökuməti ilə etimad yaratmaq deyil, öz səlahiyyətlərini tətbiq etməkdir”.
"Diplomatiyanın öz adi yerinə qayıtmasının vaxtıdır", – Şalva Papuaşvili deyib.
Bununla əlaqədar olaraq o, müxalifət partiyalarına və QHT-lərə xarici yardımı tənqid edib, çünki bu yardım sonradan “ictimai maraqlar naminə” kimi təqdim edilən “təsir aləti” kimi istifadə edilib.
“Biz bunu Sovet dövründən yaxşı xatırlayırıq, o zaman Moskva respublikalara Mərkəzi Komitənin ikinci katiblərini təyin edirdi”, - Gürcüstan parlamentinin sədri bildirib.
Onun sözlərinə görə, ABŞ-ın yeni dövlət katibi Marko Rubio xarici siyasətdə ümumi maraqların tapılmasına çağırıb.
Bununla bağlı Gürcüstanın ali qanunverici orqanının rəhbəri xarici səfirləri Gürcüstanda “qarşıdurma yaratmaqdansa, ümumi maraqlar tapmağa” çağırıb.
O hesab edir ki, USAİD qalmaqalından sonra digər xarici donorlar da Gürcüstandakı hədəflərə “yardımı səhv yönəltməkdə şübhəli bilinirlər”.
Onun sözlərinə görə, şəffaflığın alternativi yoxdur.
“Potensial pozuntular araşdırılmalı və ictimaiyyətə açıqlanmalıdır”, - deyə parlamentin spikeri bununla bağlı bildirib.
E.ŞİRİNOV