Bugün Azərbaycan vətəndaşlarının digər xarici ölkələrə hansı şərtlərlə, xüsusilə vizasız gediş-gəlişinin necə tətbiq edilməsi ilə bağlı, hətta getdikləri ölkələrdə neçə gün qala bilərlər kimi sualları cavablandırmaq üçün “Təzadlar” olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etdik. Nazirlikdən əldə etdiyimiz məlumatları ətraflı şəkildə oxucularımızın diqqətinə çatdırırıq.

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

I QRUP.

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.

 Azərbaycan Respublikasının və  müvafiq xarici  ölkənin diplomatik və  ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları üçün Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin siyahısı

                                                                                                              Fevral 2025

 

Ölkənin adı

Vizasız rejim tətbiq edilən

pasportların növü

İki ölkə ərazisində

vizasız yaşamaq icazə veriləm müddət

1.

Albaniya Respublikası

Diplomatik və xidməti

90 gün

2.

Almaniya Federativ Respublikası

diplomatik

90 gün

3.

Argentina Respublikası

Diplomatik, rəsmi və xidməti

30 gün

4.

Avstriya Respublikası

Diplomatik və xidməti

90 gün

5.

Birləşmiş Ərəb Əmirlikləri

Diplomati, xidməti və xüsusi

90 gün

6.

Belçika Krallığı

Diplomatik

90 gün

7.

Boliviya Çoxmillətli Dövləti

Diplomatik, rəsmi və ya xidməti

90 gün

8.

Bolqarıstan Respublikası

Diplomatik və xidməti

90 gün

9.

Bosniya və Hersoqovina

Diplomatik, rəsmi və xidməti

30 gün

10.

Braziliya Federativ Respublikası

Diplomatik, rəsmi və xidməti

90 gün

11.

Çex Respublikası

Diplomatik

90 gün

12.

Çili Respublikası

Diplomatik və xidməti/rəsmi

90 gün

13.

Çin Xalq Respublikası

Diplomatik və xidməti/ictimai

30 gün

 

Çin Xalq Respublikasının Honkonq Xüsusi inzibati ərazisi

Diplomatik və xidməti

14 gün

14.

Estoniya Respublikası

Diplomatik

90 gün

15.

Əlcəzair Xalq Demokratik Respublikası

Diplomatik və xidməti

 

16.

Fələstin dövləti

Diplomatik

30 gün

17.

Finlandiya Respublikası

Diplomatik

90 gün

18.

Fransa Respublikası

Diplomatik

90 gün

19.

Hindistan Respublikası

Diplomatik, rəsmi və xidməti

90 gün

20.

İndoneziya Respublikası

Diplomatik və xidməti

30 gün

21.

İordaniya Haşimilər Krallığı

Diplomatik və xidməti

90 gün

22.

İran İslam Republikası

Diplomatik və xidməti

30 gün

23.

İraq Respublikası

Diplomatik, xidməti və xüsusi

30 gün

 24.

İspaniya Krallığı

Diplomatik

90 gün

25.

İsrail Dövləti

Diplomatik və xidməti

90 gün

26.

İsveç Krallığı

Diplomatik

90 gün

 27. 

İsveçrə Konfederasiyası

Diplomatik və biometrik xidməti

90 gün

 28.

İtaliya Respublikası

Diplomatik və xidməti

90 gün

 29.

Kamboca Krallığı

Diplomatik

90 gün

 30.

Kipr Respublikası

Diplomatik

90 gün

 31.

Kolumbiya Respublikası

Diplomatik, rəsmi və xidməti

90 gün

 32.

Koreya Respublikası

Diplomatik, rəsmi və xidməti

30 gün

 33.

Kosta Rika Respublikası

Diplomatik və xidməti

90 gün

 34.

Kuba Respublikası

Diplomatik, rəsmi və xidməti

90 gün

 35.

Küveyt Dövləti

Diplomatik, xidməti və xüsusi

90 gün

 36.

Laos Xalq Demokratik Respublikası

Diplomatik

30 gün

 37.

Latviya Respublikası

Diplomatik və xidməti

90 gün

 38.

Litva Respublikası

Diplomatik və xidməti

90 gün

 39.

Liviya Dövləti

Diplomatik, xidməti və xüsusi

Müvəqqəti olaraq dayandırılmışdır

 40.

Lixtenşteyn Knyazlığı

Diplomatik

90 gün

 41.

Lüksemburq Böyük Hersoqluğu

Diplomatik

90 gün

 42.

Macarıstan

Diplomatik  və xidməti

90 gün

 43.

Malta Respublikası

Diplomatik

90 gün

 44.

Meksika Birləşmiş Respublikası

Diplomatik

90 gün

 45.

Mərakeş Respublikası

Diplomatik, rəsmi, xidməti və xüsusi

90 gün

 

 46.

Misir Ərəb Respublikası

Diplomatik, xidməti və xüsusi

30 gün

 47.

Monqolustan

Diplomatik, rəsmi və xidməti

90 gün

 48.

Monteneqro

Diplomatik və xidməti

90 gün

 49.

Niderland Krallığı

Diplomatik

90 gün

 50.

Norveç Krallığı

Diplomatik

90 gün

 51.

Pakistan İslam Respublikası

Diplomatik və xidməti

30 gün

 52.

Paraqvay Respublikası

Diplomatik, rəsmi və xidməti

90 gün

 53.

Peru Respublikası

Diplomatik, rəsmi və xüsusi

90 gün

 54.

Polşa Respublikası

Diplomatik

90 gün

 55.

Portuqaliya Respublikası

Diplomatik, xidməti və xüsusi

30 gün

 56.

Qambiya Respublikası

Diplomatik

90 gün

 57.

Qətər dövləti

Diplomatik, xidməti və xüsusi

30 gün

 58.

Rumıniya

Diplomatik və xidməti

90 gün

 59.

Ruanda Respublikası

Diplomatik və xidməti

90 gün

 60.

San Marino Respublikası

Diplomatik və xidməti

90 gün

 61.

Serbiya Respublikası

Diplomati, xidməti və rəsmi

90 gün

 62.

Slovakiya Respublikası

Diplomatik və xidməti

90 gün

 63.

Sloveniya Respublikası

Diplomatik və xidməti

90 gün

 64.

Suriya Respublikası

Diplomatik, xidməti və xüsusi

30 gün

 65.

Türkiyə Respublikası

Diplomatik, xidməti və xüsusi

90 gün

 66.

Türkmənistan

Diplomatik və xidməti

30 gün

 67.

Uruqvay Şərq Respublikası

Diplomatik, xidməti və rəsmi

90 gün

 68.

Venesuela Boliviar Respublikası

Diplomatik, xidməti və rəsmi

30 gün

 69.

Vyetnam Sosialist Respublikası

Diplomatik, xidməti və rəsmi

30 gün

 70.

Xorvatiya Respublikası

Diplomatik

Xidməti

90 gün

30 gün

 71.

Yaponiya

Diplomatik

90 gün

 72.

Yunanıstan Respublikası

diplomatik

90 gün

 

II QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;

-  həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;

-  Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;

-    pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

 

Ölkənin adı       

İki ölkə ərazisində vizasız yaşamaq üçün verilən müddət

1.       

Belarus

90 gün

2.       

Gürcüstan

90 gün

3.       

Qazaxıstan

90 gün

4.       

Qırğızıstan

90 gün

5.       

Moldova

90 gün

6.       

Özbəkistan

90 gün

7.       

Rusiya

90 gün

8.       

Tacikistan

90 gün

9.       

Ukrayna

90 gün

10.   

Türkiyə

90 gün

11.   

Qətər

30 gün

Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün AR-nın ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları AR-nın milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.

12.   

Birləşmiş Ərəb Əmirlikləri

90 gün

13.   

Serbiya

90 gün

14.   

Albaniya

90 gün

15.   

Mərakeş

90 gün

Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar.

 

III QRUP

Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

 

Ölkənin adı

Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

1.       

İran

15 gün

2.       

Monteneqro

90 gün

3.       

Bosniya və Hersoqovina

90 gün

4.       

Honq-Konq

(Çinin Xüsusi inzibati ərazisi – yalnız diplomatik və xidməti pasport

14 gün

5.       

Malayziya

(ümumvətəndaş, diplomatik və xidməti pasport)

30 gün

6.       

Livan

(ümumvətəndaş, diplomatik və xidməti)

30 gün

180 gün

90 gün

 

IV QRUP
Azərbaycan Respublikası tərəfindən aşağıda qeyd olunan ölkələrin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

 

Ölkənin adı

Azərbaycan Respublikasının ərazisinə vizasız gediş-gəliş və qalmaq üçün icazə verilən müddət

1.       

Çin Xalq Respublikası

2024-cü ilin 20 iyul tarixindən           2025-ci ilin 20 iyul tarixinədək
3 dəfə və hər girişdə 30 günədək

 Hazırladı: Rövşanə Nağıyeva

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN