Onlar malları gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilib ki,  Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

***

Qeyd edək ki,  fakta görə 16 sentyabr tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılmışdı. 

Xatırladaq ki,  oktyabrın 20-də İran öz yük maşınlarının Ermənistandan Qarabağa getməsinə qadağa qoyub. Bu barədə İranın Yol və Nəqliyyat Təşkilatının İranın beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubda qeyd olunub.

Məktubda bildirilib ki, Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycanın sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır. Həmçinin vurğulanıb ki, İranın beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanın Qarabağ bölgəsi ilə istənilən ticarət müqaviləsi imzalamasınlar, yükdaşıma ilə bağlı sənədlər hazırlamasınlar, məhsullar daşımasınlar.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN