Deputat Fazil Mustafa bu gün vəfat edən "Azərxalça"nın sabiq sədri Vidadi Muradovun həbsdən azad edilməsinin cəmiyyətdə birmənalı qarşılanmadığını bildirib.
Deputat parlamentdə çıxışında qeyd edib ki, biz müharibədən sonra ədaləti də işğaldan azad etməliyik: "Bu günlərdə 34 milyon dövlətə ziyan vurmuş şəxsi həbsdən azad etdilər. O, onkoloji xəstə olduğuna görə bu, normal hal idi. Bu gün də həmin şəxs vəfat etdi. Amma cəmiyyət onun həbsdən azad edilməsini birmənalı qarşılamadı. Çünki bu hal hamıya şamil olunmur".
E.ŞİRİNOV