2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər veririk ki, şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib.

Təlimin ssenarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib.

Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN