Yaponiyanın cənub-qərbindəki Miyakojima adası yaxınlığında bu gün 6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.
Bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17.26-da qeydə alınıb.
Zəlzələnin mənbəyi suyun 40 kilometr dərinliyində olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib. Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə hələlik məlumat verilmir.