Azərbaycanda bankların ABŞ dollarının alış qiymətini qaldırdığı iddia edilir.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev feysbuk profilində paylaşım edib.

O bildirib ki, alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

“FED-in gözlənilən qərarı ilə əlaqəli deyil. İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Araşdırmaq lazımdır”, – deyə ekspert bildirib.
Ekspert həmçinin qeyd edir ki, dolların satışı bahalaşmayıb.

Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 ABŞ dolları 1.7000 Azərbaycan manatına bərabər göstərilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN