Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük müharibədə könüllü iştirak edən bir sıra şəxslərə “Müharibə veteranı” statusunun verilməməsi ilə bağlı sosial şəbəkələrdə yer alan iddialara aydınlıq gətirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur.

"Müharibə iştirakçısının konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib", - deyə nazir bildirib.

O qeyd edib ki, həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən orqan xidmət keçdiyi və ya işlədiyi qurumdur.

"Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də, həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir", - deyə nazir əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN