Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü kiçik çavuş Mustafayev Şəhriyar Nəriman oğlu səhhətində yaranan problem səbəbindən ordudan tərxis olunmasından narahatdır.

Bununla bağlı mətbuata müraciət edən Şəhriyar Mustafayev bildirib ki, bir müddət əvvəl onda onkoloji xəstəlik aşkar olunub. Maddi baxımdan çətin durumda olan Şəhriyar Mustafayevin ailə üzvləri də xəstədir və öhdəliyində iki azyaşlı övladı da var: “Mən xərçəng xəstəsiyəm. Ata-anamın da durumu ağırdır. Böyük övladım yaşyarımlıqdır. Balacası isə üç aylıqdır. Ailəmiz çətin durumdadır. Evə, ailəyə mən baxmalıyam. Onkoloji xəstəliyə görə 1 ay əvvəl məni ordu sıralarından təxris ediblər. İndi çox çətin durumda qalmışam”.

Ş.Mustafayevin sözlərinə görə, bir müddət əvvəl Müdafiə Nazirliyi hərbçinin nazirliyə məxsus tibb müəssisələrində müalicəsinin mümkünsüz olduğunu bildirərək onun işdən çıxarılacağını qeyd edib: “Mən Mustafayev Şəhriyar Nəriman oğlu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edirəm. Səhhətimdə problem yarandığına görə 30.09.2021-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Onkologiya şöbəsinə qəbul olundum və orada müalicə olunmadan 19 oktyabrda məni əməliyyata götürdülər. Əməliyyat materialını Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə (MOM) göndərdilər və analizin nəticəsinə görə, məndə bədxassəli şiş aşkarlandı. Buna baxmayaraq, yenə müalicə olunmadım və 16.11.2021-ci il tarixində yuxarı udlaqdan biopsiya analizi götürmək üçün Milli Onkologiya Mərkəzinə göndərildim. 25 noyabrda nəticəni götürdüm və yenə yuxarı udlağın bədxassəli şişi diaqnozu çıxdı. Ayın 29-da MOM-a göndərişlə müalicəyə göndərildim, lakin qəbul etmədilər. Yenidən nazirliyin Mərkəzi Hərbi Klinik Hospitalına göndərildim. İndi də mənim sənədlərimi hazırlayıb tərxis edirlər. Deyirlər ki, tərxis ol, öz pulunla müalicə olun. Mənə bildirirlər ki, biz sənin müalicəni edə bilmərik. Mülki həyatda isə müalicəmi həyata keçirmək üçün maddi imkanım yoxdur. Ona görə də imkanlı insanlardan xahiş edirəm mənə kömək etsinlər”.

Şəhriyar Mustafayevə kömək etmək istəyənlər üçün onun bank kartını təqdim edirik:

 E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN