Moskvanın Kazanski vağzalında -  “Moskva-Samara” qatarındakı  kupedə  naməlum şəxs “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova hücum edib.

Həmin şəxs onun üstünə qırmızı rəngdə yağlı boya töküb və nəticədə Dmitri Muratovun gözləri zədələnib.

 Bu barədə baş redaktor “Novaya qazeta”ya özü məlumat verib.

“Onlar kupeyə asetonlu yağlı boya töküblər. Gözlərim dəhşətli dərəcədə yanır. Moskva-Samara qatarı. Vaqonun hər tərəfində yağlı qoxu var. Yola düşmə (qatar - red) artıq 30 dəqiqə gecikib. Mən yuyunmağa çalışacağam”, - deyə bildirib.

Baş redaktorun sözlərinə görə, həmin şəxs yağlı boyanı tökərkən  “Muratov, bu, sizə bizim oğlanlarımız üçündür” - qışqırıb.

***

Bu məsələdə ən müəmmalıısı odur ki, həmin şəxs Muratovun həmin qatarda, hətta hansı kupedə olduğunu necə öyrənmişdi və onu “günahlarına görə” cəzalandırmağa hazırlıqlı gəlmişdi?.. Əlbəttə, bütün bunları Rusiya DİN əməkdaşları araşdıracaq.

TASS-ın məlumatına görə, Rusiya DİN-i artıq həmin şəxslərin (iki nəfərin) axtarışı istiqamətində araşdırma aparır.

Nəzərinizə çatdıraq ki, “Novaya qazeta”nın  redaksiyası Moskvada yerləşir və Ukraynada baş verənlərlə bağlı xəbərlər ("feyk")  yazdığına görə, xəbərdarlıqlar alıb.

Mart ayının əvvəlində Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələr haqqında yalan xəbərlərə və anti-Rusiya sanksiyalarına çağırışlara görə cinayət cəzası və ağır cərimələr haqqında qanun imzalayıb. Qanuna görə, feyk - yalan xəbər ağır nəticələrə səbəb olarsa, həmin şəxs 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Və “Novaya qazeta”nın informasiya xidməti martın 6-dan  fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.  

 Qeyd edək ki, qəzet və onun əməkdaşları dəfələrlə peşəkar, ictimai və dövlət mükafatları laureatı olublar. Nəşrin ən azı beş jurnalisti - ehtimal ki, peşə fəaliyyətlərinə görə öldürülüblər. Qəzetin baş redaktoru Dmitri Muratov 2021-ci ildə “demokratiya və davamlı sülh üçün ön şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə"  Nobel Sülh Mükafatına layiq görülüb.

Xatırladaq ki, 44 günlük müharibə dövründə Azərbaycana media dəstəyi verən Dmitri Muratov, ölkəmiz barədə əsl həqiqətləri dünyaya çatdırıb və qəzetin əməkdaşı İlya Azar  Şuşa, Xankəndi və Laçına gedərək ermənilərin öz dillərindən eşitdiklərinə əsaslanaraq onların cəbhə xəttindəki acınacaqlı vəziyyətindən yazıb. Və buna görə İlya Azarın Ermənistanda etibarnaməsi də ləğv edilib...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN