Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaranmasının 30 illik yubileyinə həsr olunmuş “Şəkərli diabet xəstəliyi, müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, elmi-praktik konfransın proqramına əsasən “Şəkərli diabet xəstəliyinin epidemiologiyası, etiologiyası, klinika və diaqnostikası” mövzusunda məruzələr dinlənilib.

Sonra Heydər Əliyev Fondu tərəfindən şəkərli diabetə qarşı mübarizədən, bu istiqamətdə görülən işlərdən, habelə xəstəlikdən əziyyət çəkən aztəminatlı ailələrə fondun dəstəyindən bəhs edən videoçarx təqdim olunub.

Qeyd edək ki, sonda məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının sualları cavablandırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN