Vətən müharibəsi şəhidi Elmir Vəliyevin doğum günündə xatirəsi yad edilib.

Şəhidin Füzuli rayonu Kərimbəyli kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhid Vəliyev Elmir Məmmədqulu oğlunun anım mərasimində ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Elmirin vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, Elmir Vəliyev 1986-cı il aprelin 13-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1992-2003-cü illərdə şəhid Əkrəm Səlimov adına Füzuli rayonu Kərimbəyli kənd orta məktəbində təhsil alıb. 2004-2006-cı illərdə həqiqi hərbi xidməti başa vurub, daha sonra müddətdən artıq hərbçi olaraq tankçı kimi ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Aprel döyüşlərinin də iştirakçısı olan Elmir tankçı kimi xüsusilə fərqlənib və fəxri fərmanlarla təltif edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə qoşulanlar sırasında da yer alıb. Cəbhənin yarılmasında fərqlənən Elmir düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Həmçinin Füzuli və Xocavənd rayonlarının, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət ilə seçilib və bir çox yaşayış məntəqələrinin, strateji yüksəkliklərin alınmasında iştirak edib. Elmir oktyabrın 27-də gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Elmir Vəliyev ölümündən sonra “Vətən uğurnda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Elmir Vəliyev ailəli olub, iki övladı yadigar qalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN