"Ukrayna kəşfiyyatının bəyanatı tamamilə anlaşılmazdır və Gürcüstan hökuməti müvafiq izahat tələb edir".

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bu gün keçirdiyi brifinq zamanı bildirib. Nazirin sözlərinə görə, bəyanatla bağlı Gürcüstan Ukrayna ilə əlaqə yaradacaq və sübutlar tələb edəcək: “Artıq ikinci dəfədir eşitdiyimiz və heç bir əlavə məlumat verilməyən bəyanatla bağlı dövlətimizin əlaqəsi olacaq və biz sübutlar tələb edəcəyik. Bəzi hallardı elə olur ki, Rusiyada istehsal olunan və sanksiya qoyulmayan məhsullar Gürcüstan ərazisindən tranzit olaraq keçib gedə bilir. Bu halda Gürcüstan tranzit ölkə ola bilər. Lakin sanksiya qoyulmuş məhsulların keçirilməsinə ilk gündən ciddi yoxlanış var və sanksiya olunmuş malların keçirilməsi qeyri-mümkündür. Bundan başqa, Rusiyada istehsal olunan məhsulların Gürcüstana gətirilərək burada gürcü brendi edilib Avropaya göndərilməsi iddiası da tamamilə doğru deyil. Çünki bu məhsulları nəinki bir tək Gürcüstan, hətta Avropa özü də yoxlayır. Ona görə də biz müvafiq izahat və məlumat tələb edirik", - deyə Xutişvili bildirib. 

Xatırladaq ki, Ukrayna kəşfiyyatı iddia edərək, Moskva Gürcüstan, Ermənistan və Azərbaycanla Rusiya məhsullarının beynəlxalq bazarlara təkrar ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN