Dövlət Sərhəd Xidməti (DSX) DSX əməliyyat keçirib, siqaret və dərman preparatları aşkarlanıb.
Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiyyəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.
Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaqmalın Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə birgə həmin şəxsin evində keçirilən baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.