Abşeron rayonu Qobu qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.

DİN-dən bildirilib ki, marketin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin obyektə daxil olaraq oradan dəyəri 15 min manat olan tütün və ərzaq məhsulları, eləcə də kassada olan nağd pulu ələ keçirdiyini bildirib. Eyniməzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə obyektdən Polis Bölməsinə şikayətlər daxil olub.

Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxs tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhlum olunmuş Qobu qəsəbəsində yaşayan Polad Piyamı saxlanılıb. O ifadəsində qəsəbə ərazisində yerləşən ümumilikdə 9 marketdən oğurluqlar etdiyini bildirib. Polad Piyamınin evinə baxış zamanı onun oğurluq yolu ilə ələ keçirdiyi məhsulların bir qismi qazaraq torpağın altında gizlətdiyi yerdən aşkar edilib.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN