Xaçmaz rayon sakini Paşayev Cəfəroğlu Paşa oğlu “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə müraciət ünvanlayıb.

P.Paşayevin redaksiyamıza daxil olan sözügedən müraciəti oxuyanda yadıma “Axırıncı aşırım” filmindən Abbasqulu bəylə Kərbəlayinin bir dialoqu düşdü.  Abbasqulu bəy soruşur ki, “Qış vaxtı bu nə yaylağa çıxmaqdı, Kərbəlayi? Tapa da bilmirik”. Kərbəlayi cavab verir ki, “Canımıza elə bir od salıblar ki, Aranda da oturaq?”.

P.Paşayev də müraciətində qeyd edib ki, rayon qaz idarəsinin inzibati binası mərkəzi ərazidən ucqar kəndə köçürülüb. Məhz bu səbəbdən rayon əhalisi qazla bağlı olan problemlərini demək üçün ucqar kəndə getmək məcburiyyətindədirlər: "Xaçmaz rayonu Qaz idarəsini şəhərin mərkəzindən ucqar kəndə gətiriblər. Hazırda qaz idarəsi Çaxçaxlı kəndində yerləşir. Əhalinin qazla bağlı problemi olanda ucqar kəndə getməyə çətinlik çəkirlər. Düzdür ödənişləri poçta ödəyirik. Amma şikayətimiz olanda getməyə çətinlik çəkirik. Digər tərəfdən qaz idarəsinin yerləşdiyi yer əvvələr çayxana olub. Xaçmazın mərkəzində bir yer yoxdur ki, orda qaz idarəsinin binası olsun? Xahiş edirik, “Azəriqaz” İstehsalat Birliyi mövcud problemimizlə bağlı bizə köməklik göstərsin".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN