AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Oksford Universitetinin əməkdaşlarının birgə apardığı paleseysmoloji tədqiqatlar davam etdirilir.

Mərkəzdən əldə etdiyimiz məlumata görə, hazırda hər iki qurumun əməkdaşlarından ibarət qrup Salyan rayonu ərazisində  tədqiqatlar aparır. Bu vaxta qədər Ağsu, İsmayıllı və Göyçay rayonlarında birgə tədqiqatlar aparılıb. Tədqiqatların mayın 21-nə qədər davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaları müəyyən etməkdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN