Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 128-ci briqada Şimali Osetiyadan gətirilmiş Rusiya hərbi texnikalarını, o cümlədən ən son BMP-3, silah, sursat və şəxsi əşyaları ələ keçirib.
Tezadlar.az CNN-Türkə istinadla bildirir ki, bu barədı Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Sitat: “128-ci Dağ Hücum Briqadası Ukrayna Silahlı Qüvvələrinin digər bölmələri ilə əməkdaşlıq edərək rusları əzməkdə və işğal olunmuş Ukrayna torpaqlarını tərk etməkdə davam edir. Belə ki, ruslar təzyiq altında tam saz vəziyyətdə olan döyüş sursatını, hərbi sənədləri, şəxsi əşyaları və silahları (qumbaraatanlar, minalar, alov qurğusu) olan və ən son BMP-3-ü demək olar ki, xəsarət almadan qoyub öz mövqelərindən qaçıblar".
Ələ keçirilən sənədlərə görə, onlar əvvəllər Şimali Osetiya-Alaniya, Vladiqafqaz şəhəri, Sputnik kəndi ərazisində yerləşən 43057 saylı hərbi hissədə xidmətdə olmuş Rusiya ordusunun əsgərləri olublar. Onların nədən müqavimət göstərməməsi barədə dəqiq məlumat yoxdur.
A.Məmmədli