Yayın gəlişi ilə dəniz yenə can almağa başladı, lakin dəniz deyil...
Ötən gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər batıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, nazirliyin kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bəli, 12 yaşlı bir uşaq həyatını itirdi. Hadisə necə baş verib, deyə bilmərik, amma hər il çimərlik mövsümü başlaması ilə dənizdə boğulub, həyatını itirənlərin sayı artır. Əsasən də nəzarətsiz zonalarda. Təəssüf ki, azyaşlı uşaqların da dənizdə boğulması halları da baş verir ki, bu da nəzarətsizlik səbəbindən olur. Bəzən uşaqlar yaşıdlarına qoşularaq dənizə çimməyə gedirlər, yaxud valideynlər çimərlikdə diqqətsiz davranırlar. Və bu zaman da olan olur...
Y.MƏMMƏDLİ