Vergi ödəyiciləri üçün ciddi problem yaradan hallardan biri əlavə dəyər vergisinin (ƏDV) vaxtında ödənilməməsidir.

Pin It

Bu ilin sonuna qədər dünyanı qlobal aclıq gözləyir.

Pin It

Yuxarı Qarabağ kanalından xeyli zibil çıxarılıb...

Pin It

Aİ-nin planına görə, Ukrayna Rusiyalı oliqarxların vəsaiti hesabına yenidən qurulacaq.

Pin It

Bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” öz işinə başladı. "Təzadlar"ın əməkdaşı Teyyub Abdullayevin də iştirak etdiyi sərgiyə dünyanın 30-a yaxın ölkəsindən çoxsaylı şirkətlər iştirak edir.

Əməkdaşımızın sərgi pavliyonundan verdiyi məlumata görə, açılışı kənd təsərrüfatı naziri İnam Kərimov edib. Nazir sərgi iştirakçılarına uğurlar arzulayıb, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlardan danışıb. 

Xatırladırıq ki, sərgidə 25-ə yaxın ölkədən təxminən 450 şirkət iştirak edir. Onların təxminən 75 faizi xarici şirkətlərdir. Onların bu sərgilərə maraq göstərməsi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir, bu sahəyə dövlət dəstəyinin olmasıdır.

Sərgidə İsrailin və Türkiyənin kənd təsərrüfatı nazirləri də iştirak edir. Sərgidə ən çox yeri Azərbaycan şirkətlərinin pavliyonu tutur.

Sərgi bir neçə gün davam edəcək.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN